Qızıl ilə bağlı daha bir bank proqnoz verdi

Qızılın yüksəlişinin davam edəcəyini proqnozlaşdıran banklar sırasına UBS də qoşulub.

İndex.az xəbər verir ki, “Goldman Sachs”ın ardınca UBS də qızıl qiymətlərində artımın davam edəcəyini proqnozlaşdırıb.

UBS-in məlumatına görə, mərkəzi bank alışları və geosiyasi risklər qızıl qiymətlərini dəstəkləyəcək

Proqnozda qeyd olunub ki, qızılın unsiyası 2 min 900 dollara yüksələcək.