Qütblərdən gələn soyuq dalğa Mərkəzi Avropaya təsir etdi.
İndex.az xəbər verir ki, qütblərdən gələn soyuq dalğa ilə Mərkəzi Avropanın bəzi bölgələrinə qar yağmağa başlayıb.
Belçikada çərşənbə axşamı güclü yağış və küləklər şaxtaya çevrilərək Signal de Botrange yaxınlığındakı təpələrdə qar örtüyü yaradıb.
Belçika Kral Meteorologiya İnstitutu havanın temperaturu sıfır dərəcəyə və ya aşağıya endiyi üçün Haynaut, Liege, Lüksemburq və Namur əyalətlərində buz və qar üçün sarı xəbərdarlıq elan edib.