Rusiya hökuməti elektrik enerjisinə qənaət etmək üçün 13 regionda kriptovalyuta istehsalına məhdudiyyət qoyacaq.
İndex.az xəbər verir ki, kriptovalyutaların artan qəbulu mədən müəssisələrinin artmasına səbəb oldu.
Xüsusilə “Bitcoin” istehsalı Rusiya və Qazaxıstan kimi ölkələrdə geniş vüsət alıb. Kripto mədənçiliyi xüsusilə “Bitcoin”, ağır elektrik istehlakı səbəbindən tənqid hədəfidir.
Rusiya kriptovalyuta istehsalına təsir edəcək mühüm qərar qəbul etmək üzrədir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak elektrik enerjisi sektorunun inkişafı məsələlərini müzakirə etmək üçün hökumət komissiyasının iclasını keçirib. Noyabrın 19-da keçirilən iclasda 13 regionda kriptovalyuta istehsalına qoyulan məhdudiyyətlər müzakirə edilib.
Rusiya bu qərarı təsdiqləsə, elektrik enerjisinə qənaət ediləcək bölgələrdə kriptovalyuta istehsalı mümkün olmayacaq.
Hökumətin iclasında çıxış edən rəsmilər enerji tələbinin ən yüksək olduğu mövsümlərdə qıtlığın qarşısını almaq üçün mədən işlərinin məhdudlaşdırılmasını təklif ediblər.
Rusiya bu məhdudiyyətləri müxtəlif regionlarda, o cümlədən Sibirin bütün İrkutsk vilayətində, Buryatiya Respublikasının bir hissəsində və Zabaykalsk diyarında tətbiq etməyi planlaşdırır.
Rusiya hökumətinin dərc etdiyi açıqlamaya görə, məhdudiyyətlər payız-qış mövsümlərində tətbiq olunacaq və 2031-ci ilə qədər davam edəcək.