Qızılın qiyməti yenidən bahalaşır

Geosiyasi proseslər qızıl qiymətlərini yüksəldir.

İndex.az xəbər verir ki, həftənin üçüncü əməliyyat günündə qızılın unsiyası 2 min 636 dollara çatıb.

Prezident Vladimir Putinin atom silahlarından istifadə şərtlərini genişləndirən yenilənmiş nüvə müqaviləsini təsdiqləməsindən və Ukraynanın Amerika raketləri ilə Rusiyaya ilk hücumunu həyata keçirməsindən sonra qızıl yenidən dəyər qazanıb.