Bu il dekabrın 27-də “Rabitəbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İndex.az xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın 2025-ci il üzrə büdcə parametrlərinin təsdiqi, “Rabitəbank” ASC-nin 2025–2027-ci illəri əhatə edən Strateji Planının təsdiqi, təşkilati və cari məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, 28 May küçəsi 33 ünvanında yerləşən “Rabitəbank”ın inzibati binasında keçiriləcək.