Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 236,6 milyon manat olub.
İndex.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,2% çoxdur.