May ayının pensiyaları ödənildi

Respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşıb.

İndex.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verib.

Fonddan verilən məlumata görə, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.