Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Masazır” qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.