Özbəkistan şirkəti Xankəndində tekstil istehsalı quracaq

“Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalının açılması gözlənilir. Layihəni Özbəkistan şirkəti həyata keçirir”.

İndex.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən digər layihələrdən də söz açan nazir özbək xalqının hədiyyə etdiyi — Füzuli şəhərində ötən il istifadəyə verilən Mirzə Uluqbəy adına məktəbə görə minnətdarlığını bildirib.