Avro-5 dizel məhsulu üzrə beynəlxalq akkreditasiyanın alınması ixrac bazarlarına daha asan çıxış imkanı verir

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən Avro-5 dizel məhsulu üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı verir və etibarlı məhsul keyfiyyətini təmin edir.

İndex.az SOCAR-a istinadən xəbər verir ki, NEZ laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır.

Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzindən (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.