Bu gün bir sıra kütləvi informasiya vasitələri və internet resurslarında “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.
Bu barədə İndex.az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib.
Məlumata görə, Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildirilir ki, “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb.
Assosiasiyasının yaydığı məlumatda “Səba Broyler” ASC-nin yaratdığı “Chiken Pro” MMC tərəfindən istehsalın həyata keçirildiyi vurğulanır: “Şirkətin rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək”.
Qeyd edək ki, bu gün “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb.