Qırğızıstanın “MBank”ı Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb.
İndex.az “İnterfax”a istinadən xəbər verir ki, Rusiyanın “Sberbank”, “Tinkoff” və MTS bankları daxil olmaqla, Rusiya bankları vasitəsilə pul köçürmələri hər iki istiqamətdə dayandırılıb.
Eyni zamanda, bank məlumat verir ki, daxil olan köçürmələr rubl rekvizitlərindən istifadə edilməklə, sanksiyalara məruz qalmayan banklar vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, “MBank” Qırğızıstanın ən böyük kommersiya banklarından biridir.