Əhaliyə 7 milyard manata yaxın ödənişli xidmətlər göstərilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 6 milyard 882,7 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 5 milyard 165,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1%-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 469,7 milyon manatı dövlət, 5 milyard 413 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7% və 7% çoxdur.

7 ayda hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və yaxud 1 il əvvələ nisbətən 59,8 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.