Xalq Bank

Risklərin İdarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

Son tarix 15 okt 2025 - Müraciət et

Təsvir

  • Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirilmək;

  • Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy vermək və komplayens riskini ölçüb bildirmək;

  • Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;

  • Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;

  • ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək;

  • Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.

Tələblər

  • Tam ali hüquqi və ya iqtisadi təhsil;

  • Komandada işləmək bacarığı;

  • Məsuliyyətli, düzgün və etibarlı olmalı;

  • Xarici dil – ingilis dili əla səviyyədə;

  • MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;

  • Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;

  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;

  • 1 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir) üstünlük təşkil edir.

  • Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

  • Təcrübə 1-2 il

  • Təhsil - Magistr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.