Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şöbə rəisi
Son tarix 05 okt 2025 - Müraciət et
Struktur bölmənin adı
İnformasiya Texnologiyaları Əməliyyatları departamenti / Monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
Mərkəzi Bankın müvafiq normativ qaydalarına uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir;
Departamentin strateji, taktiki və büdcə planının hazırlanmasında iştirak edir;
Şöbənin əməkdaşları üçün vəzifə təlimatı və fərdi iş planının hazırlanmasını təmin edir, təhsil ehtiyaclarını müəyyən edilməsində iştirak edir, əməkdaşların fəaliyyətini qiymətləndirir və təsdiq üçün departamentin rəhbərliyinə təqdim edir;
Vəzifə təlimatı və fərdi iş planında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təmin edir və müvafiq nəzarəti həyata keçirir;
Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə vəsatət qaldırır;
AMB-nin digər normativ sənədləri ilə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
Monitorinqi həyata keçirilən sistemlərin davamlı və etibarlı fəaliyyətini təmin edir;
Sistemlərin Ehtiyat Mərkəzində işlək vəziyyətdə saxlanılması, real rejimdə informasiya mübadiləsinin aparılmasının monitorinqini təmin edir;
Şöbənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;
Mübahisəli məsələləri müvafiq prosedur qaydalar əsasında həllini təmin edir;
Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
Şöbənin avadanlıq, proqram təminatı və s. ehtiyaclarını müəyyənləşdirir;
Şöbəyə daxil olan məktublar əsasında araşdırmaların aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;
Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
Linux tipli əməliyyat sistemlərinin idarəedilməsi üzrə texniki biliklər.
Microsoft üzrə Əməliyyat sistemləri və servis proqram təmianatlarının idarəedilməsi üzrə texniki biliklər.
Şəbəkə avadanlıqlarının idarəedilməsi üzrə biliklər.
Virtualizasiya infrastrukturunun idarəedilməsi üzrə texniki biliklər.
ITIL prinsipləri üzrə anlayışlar, proseslərin idarəedilməsi sahəsində biliklər.
Application Performance Management üzrə biliklər.
Monolit və Mikroservis arxitekturası üzrə monitorinq sahəsində biliklər.
İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Təqdimat və yazı bacarığı
Layihələrin idarəetmə bacarığı
Təcrübə
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi tələb olunur
Təhsil
Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
