Azərbaycan Respublikasının Mərkəzi Bankı

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Kart sisteminə dəstək bölməsi \ Aparıcı mütəxəssis

Son tarix 19 okt 2025 - Müraciət et

Vəzifənin funksiyaları:

  • Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli məsələlərin "Dispute managament" modulunda həlli;

  • “Chargeback” funksionallığının idarəedilməsi;

  • Sistemdə interchange tariflərinin və xidmət haqqlarının tətbiq edilməsi (setting)

  • Banklararası xidmət haqqlarının müəyyən edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak;

  • Yeni iştirakçıların qoşulması ilə əlaqədar rəsmiləşdirmə işlərinin həyata keçirilməsi;

  • Tətbiq olunan proqram təminatlarının monitorinqi və problem olduqda ilkin tədbirlərin görülməsi;

  • Sistemlərin yeni versiyalarının test rejimində sınaqdan keçirilməsi;

  • İcraçı şirkət tərəfindən təqdim olunan müvafiq sənədlərə uyğun olaraq sistemlərin dəstəklənməsi;

  • Ölkə daxili kart ödənişlərinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanmasında iştirak;

  • Beynəlxalq Kart Təşkilatları tərəfindən təqdim edilən yenliklərin ölkədə daxili əməliyyatlarda tətbiqi üzrə təkliflərin hazırlanması;

  • Sistemin fəaliyyəti üzrə hesabatların hazırlanması;

  • Həyata keçirilən layihələrin icrasında aktiv iştirak;

  • Şöbəyə daxil olan məktubların cavablandırılması;

Kompetensiyalar:

  • Davranış kompetensiyalar

  • Analitik təhlil etmə

  • Araşdırma aparma

  • Komandada işləmə

  • Məsuliyyətlilik

  • Stressə davamlılıq

  • Təkmilləşməyə meyllilik

  • Təşəbbüskarlıq

  • Ünsiyyətqurma

Texniki kompetensiyalar:

  • SQL üzrə biliklər

  • Üstünlük verilir

  • Beynəlxalq kart təşkilatları tərəfindən tətbiq olunan “chargeback” funksionallığının fəaliyyəti və arbitraj proseduru

  • Yüksək səviyyədə

  • Ödəniş kartlarının emissiyası, ödəniş kartları ilə əməliyyatların aparılması

  • Yüksək səviyyədə

  • Ödəniş sistemləri, nağdsız hesablaşmalar və alətləri üzrə baza bilikləri

  • İlkin səviyyədə

  • Prosessinq təşkilatlarının fəaliyyəti və onlar arasında qarşılıqlı fəaliyyət

  • Yüksək səviyyədə

Təcrübə

  • Ödəniş sahəsi üzrə 2 il

Təhsil

  • İqtisadi Ali təhsil

  • Maliyyə Ali təhsil

  • İnformasiya texnologiyaları Ali təhsil

  • Dil bacarığı Azərbaycan dili

  • Yüksək səviyyədə Rus dili

  • Yaxşı səviyyədə İngilis dili

Kompüter bacarıqları

  • MS Office proqramları Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis

 Son tarix 18 okt 2025 Müraciət et

Vəzifənin funksiyaları:

  • Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə inkişaf istiqamətlərinin müəyyən edilməsi, bu istiqamətdə tədbirlərin icrası və koordinasiyasını həyata keçirir;

  • Milli Ödəniş Sisteminin inkişaf layihələrinin hazırlanmasında və müvafiq tədbirlərin icrası və koordinasiyasında iştirak edir;

  • Ölkədə nağdsız hesablaşmaların təşkili, habelə ödəniş sistemlərinin fəaliyyəti üzrə normativ-metodoloji bazanın yaradılması və təkmilləşdirilməsi ilə bağlı normayaratma fəaliyyətində iştirak edir;

  • Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasını hazırlayır, bu istiqamətdə beynəlxalq qəbul edilmiş standartların, təcrübələrin təhlilinin aparır və təkliflər hazırlayır;

  • Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;

  • Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;

  • Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;

  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;

  • Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır

  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Kompetensiyalar

Davranış kompetensiyalar

  • Təşəbbüskarlıq 

  • Məsuliyyətlilik

  • Komandada işləmə 

  • Təkmilləşməyə meyllilik

  • Analitik təhlil etmə

  • Araşdırma aparma

  • Ünsiyyət qurma

  • Vaxtın idarə edilməsi

  • Təqdimat bacarıqları

Texniki kompetensiyalar

  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər 

  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər 

  • Təqdimat və yazı bacarığı 

Təcrübə

  • Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi 

Təhsil

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti \ Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ mütəxəssis

 Son tarix 18 okt 2025 Müraciət et

Vəzifənin funksiyaları:

  • Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrası və koordinasiyasında iştirak edir;

  • Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasının hazırlanmasında iştirak edir;

  • Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;

  • Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə beynəlxalq təcrübədəki yenilikləri araşdırır və yerli sektorda tətbiqi imkanlarının qiymətləndirilməsində iştirak edir

  • Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;

  • Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;

  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;

  • Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır

  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Kompetensiyalar

Davranış kompetensiyalar

  • Təşəbbüskarlıq 

  • Məsuliyyətlilik

  • Komandada işləmə 

  • Təkmilləşməyə meyllilik

  • Analitik təhlil etmə

  • Araşdırma aparma

  • Ünsiyyət qurma

  • Vaxtın idarə edilməsi

  • Təqdimat bacarıqları

  • Texniki kompetensiyalar

  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər 

  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər 

  • Təqdimat və yazı bacarığı 

  • Analitik təhlil etmə bacarığı 

Tələblər

  • Təcrübə Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi 

  • Təhsil Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)

  • Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)

  • Kompüter bacarıqları MS Office proqramları 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.