Veysəloğlu MMC

Biznes Proseslərinin idarəolunması üzrə aparıcı mütəxəssis

Son tarix 15 okt 2025 - Müraciət et

Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/Biznes Proseslərin və Layihələrin idarə olunması şöbəsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

  • Nahar ilə təmin edilmə;

Vəzifə funksiyaları: 

  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;

  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;

  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;

  • Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq

  • Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;

  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;

  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi.

  • Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;

  • Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;

  • Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin idarəedilməsi, “MBA” təhsili arzu olunandır)

  • Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində 3 il iş təcrübəsi;

  • MS Office proqramların biliyi (MS Excel, Word, Power Point, MS Visio yüksək səviyyədə);

  • Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma Yellow Belt);

  • AI alətlərindən (məsələn, ChatGPT, Copilot və s.) effektiv istifadə bacarığı;

  • SAP roqramından istifadə təcrübəsi arzuolunandır;

  • İngilis və rus dilləri arzuolunandır;

  • Məntiqi və analitik düşünmə qabiliyyəti;

  • Komandada işləmək bacarığı;

  • Problemləri həll etmək bacarığı;

Təminatlar:

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin idarəolunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.