"Ziraat Bank Azərbaycan" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 182.828 milyon manat artaraq 711.727 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 528.899 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 357.882 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 317.579 milyon manat kredit verildiyini nəzərə alsaq, 40.303 milyon manatlıq artımın olduğunu görürük.

3-cü rübün sonuna "Ziraat Bank Azərbaycan"ın depozit portfeli 491.409 milyon manat olub. İlin əvvəlində bu göstərici 317.806 milyon manat idi.

Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 48.978 milyon manat artaraq 172.658 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 194.126 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 124.624 milyon manat artaraq 318.751 milyon manata enib.

Hesabatdan görünür ki, "Ziraat Bank Azərbaycan"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 49.290 milyon manatdan 57.056 milyon manata yüksəlib (7.766 milyon manat artım).

Bankın nizamnamə kapitalı cari ilin əvvəlinə nəzərən 6.414 milyon manat artaraq 100.206 milyon manatdan 106.620 milyon manata çatıb.

Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 31.230 milyon manat, faiz xərcləri isə 8.870 milyon manat təşkil edib.

"Ziraat Bank Azərbaycan" mümkün zərərlər üçün 11.608 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın hesabat dövründə əməliyyat mənfəəti 18.021 milyon manat təşkil edib.

"Ziraat Bank Azərbaycan"ın dövr üzrə xalis mənfəəti 6.413 milyon manat olub.

"Ziraat Bank Azərbaycan"ın məcmu kapitalı isə 110.010 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 30 dekabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 106.620 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "T.C.Ziraat Bankı"na, 0,01%-i "Ziraat Teknoloji" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.