1862-ci ildə Almaniyada əsası qoyulan "Opel" dünyanın ən böyük və ən məşhur avtomobil markalarından biridir.
İndex.az xəbər verir ki, "Opel"in loqosu 1800-cü illərdən bəri onlarla dəfə dəyişib və indiki formasını alıb.
O, aslandan tutmuş raketə qədər bir çox simvolları ehtiva ediB, lakin biz əsasən "Z" hərfinə bənzər bir ildırım simvolunu görürük.

“Blitz” almanca “ildırım” deməkdir. Buna əsaslanaraq "Opel" 1930-cu illərdə "Blitz" adlı yük maşını seriyası istehsal etdi və böyük uğur qazandı.
Bu uğur brendin loqosuna ildırım simvolunun əlavə edilməsinə səbəb oldu. 1963-cü ildən başlayaraq "Opel" avtomobillərində dairəvi ildırım işarəsi istifadə olunmağa başladı. Yəni “blitz” sözünə istinad edildi.

