Gürcüstan üzərindən Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə yük maşını "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən Ermənistana geri qayıtmağa məcbur olub.
Bu barədə İndex.az Gürcüstan ətbuatına istinadən xəbər verir.
Məlumata görə, Rusiya tərəfi iddia edir ki, mallar fitosanitar normalara uyğun gəlmir. Lakin Ermənistan tərəfi bununla razılaşmır və siyasi motivlərə işarə edir.
Qeyd etmək lazımdır ki, məhdudiyyətlər təkcə kənd təsərrüfatı məhsullarına aid deyil. Son həftələrdə Rusiya digər yük növləri, xüsusilə tikinti materialları üzərində də ciddi nəzarət tətbiq edib.
Analitiklər hesab edirlər ki, bu addım Moskvanın Ermənistanın xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları fonunda ticarət qaydalarından siyasi təsir vasitəsi kimi istifadə etmək cəhdinin əlaməti ola bilər.
Mətbuatda bildirilir ki, Ermənistanı Gürcüstan vasitəsilə Rusiya ilə birləşdirən "Yuxarı Lars" sərhəd-keçid məntəqəsi Ermənistan ticarəti üçün həlledici əhəmiyyətə malikdir. Hər gün bu məntəqədən təxminən 150 erməni yük maşını keçir.
