"Google", "YouTube" video paylaşma platformasında istifadəçiləri bezdirəcək dəyişiklik etmək niyyətindədir.

İndex.az xəbər verir ki, şirkət brauzerində reklam bloklayıcı quraşdırmış şəxslərin videolara baxmasının qarşısını almağa başlayıb.

Bütün dünyada istifadəçilər "Google"un yeni məhdudiyyətindən şikayət etməyə başlayıblar.

Məsələ ilə bağlı onlayn mediada çoxsaylı şikayət mesajları yayılıb.

Məlumata görə, "Google" brauzerdə reklam bloklamanın aktiv olub-olmadığını müəyyən edən yeni sistemi sınaqdan keçirir.

Əgər kompüterinizdə reklam blokeriniz varsa, YouTube onu aşkarlayacaq və sizə videolara baxmağa icazə verməyəcək.