Dünyanın ən böyük video paylaşma platforması olan “YouTube”a qarşı casusluq iddiası ilə ittiham qaldırılıb.
İndex.az xəbər verir ki, köklü bir dəyişikliklə “YouTube” reklam bloklayıcı proqramları bloklamışdı.
Aleksander Hanff adlı vətəndaş “YouTube”un reklam blokerlərini aşkar edən sisteminin Avropa İttifaıqı vətəndaşlarının məxfiliyini pozduğunu iddia edərək rəsmi şikayət edib.
Hanff şirkətin prosesdə istifadə etdiyi skriptlərlə Avropa İttifaqı vətəndaşlarına qarşı casusluq etdiyini və şikayətinin İrlandiya qanunlarına uyğun açıldığını bildirib.
Bu məsələnin rəsmi şəkildə dəstəklənəcəyi gözlənilir.
