Təhlükəsiz və ucuz nüvə reaktorları qurmaq üçün yeni təklif irəli sürülüb.
İndex.az xəbər verir ki, "Deep Fission" adlı startapın fikrincə, reaktorların yerin altına basdırılması həm qənaətcil, həm də təhlükəsiz ola bilər.
"Deep Fission" qeyri-ənənəvi üsulla həm təhlükəsizlik, həm də xərc problemlərini həll etməyi hədəfləyir.
Şirkətin təklifi diametri 76 santimetrdən az olan kiçik reaktoru 1,6 kilometr dərinlikdə quyuya yerləşdirməkdir.
Beləliklə, reaktor ətrafında ənənəvi elektrik stansiyalarında istifadə olunan qalın polad və beton konstruksiyalara ehtiyac aradan qaldırılır.
Modul mikroreaktor adlandırılan bu reaktorun 15 meqavatt gücündə olduğu bildirilir.
