"Tesla" yenilənmiş "Model Y" modelini oktyabrın əvvəlində Çində satışa çıxarıb.

İndex.az xəbər verir ki, yenilənmiş "Tesla Model Y"nin performansında da irəliləyiş var.

Yeni versiyanın 0-dan 100 km/saat sürətlənməsi 5,9 saniyə çəkir.

Normalda bu müddət təxminən 6,9 saniyə idi.

Qeyd etməliyik ki, performansdakı bu təkmilləşdirmə yalnız standart versiya üçündür.

Uzun məsafə və Performans versiyalarında heç bir dəyişiklik yoxdur.

Eksteryer dizaynına baxdığımızda ilk olaraq 19 düymlük təkər disklərinin dəyişdiyini görürük. Avtomobildə orijinal gümüş təkərlər əvəzinə qara təkərlər istifadə olunub.

Bundan əlavə salondakı yeni 256 rəngli mühit işıqlandırması ilə istifadəçilər avtomobilin işığını öz seçimlərinə uyğun tənzimləyə bilərlər.

"Tesla Model Y"nin Çində qiyməti 263,900 Yuandan (61,714 manat) başlayır.