Asiya-Sakit Okean bazarları ABŞ-ın əmək hesabatı və Yeni Zelandiya Mərkəzi Bankının faiz qərarından sonra qarışıb.
İndex.az xəbər verir ki, "Wall Street" açıq iş yerlərinin fevral ayında son iki ilin ən aşağı səviyyələrinə düşməsi və Yeni Zelandiyanın Ehtiyat Bankının uçot dərəcəsini 50 baza bəndi artıraraq 5,25%-ə yüksəltməsi Asiya-Sakit Okean bazarlarını qarışdırıb.
Belə ki, Avstraliyada "S&P/ASX 200" bahalaşarkən, Yaponiyanın "Nikkei 225" indeksi 1,31%, "Topix" indeksi isə 1,54% ucuzlaşıb.
Cənubi Koreyada "Kospi" 0,25%, "Kosdaq" isə 1,14% dəyər qazanıb.
Sinqapur bu gün fevral ayı pərakəndə satış rəqəmlərini açıqlayacaq.
Çin və Honkonq bazarları tətil üçün bağlanıb.
Həm "Dow Jones Industrial Average", həm də "S&P 500" dörd gün ard-arda yüksəldiyi üçün ABŞ-da hər üç əsas indeks bir gecədə dəyər itirib.
"Dow" indeksi 0,59%, "S&P" və "Nasdaq Composite" isə müvafiq olaraq 0,58 və 0,52% ucuzlaşıb.
