Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) uçot dərəcələrini yenidən artırıb.

İndex.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) inflyasiyanın hələ də çox yüksək olduğuna dair xəbərdarlıq edərək, bazar gözləntilərinə uyğun olaraq uçot dərəcəsini daha 25 bənd artıraraq 5,5%-ə çatdırıb.

Bu, 2021-ci ilin oktyabrından bəri ardıcıl 12-ci faiz artımıdır və iqtisadçıların gözləntilərinə uyğundur.

RBNZ-nin uçot dərəcəsini açıqladıqdan sonra "Capital Economics"dən Abhijit Surya, qeydində bildirib ki, bank həm əsas inflyasiya, həm də istehsal boşluğu ilə bağlı yaxın müddətli proqnozlarını enirdiyinə görə, artım dövrünün artıq başa çatması ehtimalı yüksəkdir.