Görünür, "Apple"ın növbəti "AirPods Pro"su sağlamlığa bir az daha çox diqqət yetirəcək.
İndex.az xəbər verir ki, yeni "Air Pods Pro" qulaqlıqlarının eşitmə sağlamlığı ilə yanaşı bədən istiliyini də ölçəcəyi bildirilir.
Mark Qurmanın sözlərinə görə, "Apple", yeni "AirPods Pro"lar da daxil olmaqla, "USB-C" bağlantısı olan bütün yeni qulaqlıqlarını təqdim edəcək.
Qurman bildirib ki, FDA eşitmə cihazlarının resseptsiz satışını təsdiqlədikdən sonra "Apple", "AirPod"ları bazara eşitmə cihazı kimi də yerləşdirməyə çalışır.
