İsrail ordusu Yəməndən İsrailə atılan ballistik raketin ölkə səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını açıqlayıb.

İndex.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada deyilib: “Yəməndən atılan raketin Arrow Hava Hücumundan Müdafiə Sistemi tərəfindən müvəffəqiyyətlə qarşısı alınıb".

Açıqlamada raketin ölkənin hansı bölgəsində bloklandığı barədə məlumat verilməsə də, raket atıldığı üçün sirenlərin işə düşdüyü qeyd edilib.

Yerli mətbuatda yer alan xəbərlərdə husilərin Yəməndə atdığı ballistik raketin İsrailin paytaxtı Təl-Əviv və ətrafını hədəf aldığına diqqət çəkilərək, hava hücumundan müdafiə sisteminin mərkəzi bölgə səmasında raketin qarşısını kəsdiyi vurğulanıb.