ABŞ Maliyyə Naziri Janet Yellen "Fitch" qərarı ilə bağlı fikrilərini bölüşüb.
İndex.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Janet Yellen bildirib ki, ABŞ-ın iqtisadi gücünü nəzərə alsaq, "Fitch Ratings"in ABŞ-ın reytinqini aşağı salması ilə bağlı qərarını anlamaq çətindir.
Yellen ABŞ-ın uzunmüddətli perspektivdə dünyanın ən böyük, ən dinamik və ən innovativ iqtisadiyyatı olaraq qaldığını bildirib.
"Fitch"in köhnəlmiş məlumatlara əsaslanaraq səhv qərar verdiyini deyən Yellen qərarı "əsassız" adlandırıb.
