Janet Yellen iqtisadi gündəmlə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Janet Yellen "ABC News"a verdiyi müsahibəsində bildirib ki, Konqres borc limitini qaldırmasa, ABŞ fakturalarını ödəyə bilməyəcəyk.
ABŞ-ın iyun ayının əvvəli kimi nağd pul çatışmazlığı yaşaya biləcəyinə işarə edən Yellen, çoxlu qeyri-müəyyənliyin olduğunu və yeni məlumatlar əldə olunduqca Konqresə məlumat verməyi planlaşdırdığını bildirib.
Son bir neçə ayda fövqəladə tədbirlər həyata keçirdiklərini bildirən Yellen, bu tədbirləri həyata keçirmək imkanlarının tükəndiyini və ölkənin nağd pul çatışmazlığına başlayacağını qeyd edib.
