ABŞ Maliyyə Naziri Janet Yellen borc limitinin qaldırılmadığı halda, çətin seçimlərin edilməli olacağını dilə gətirib.

İndex.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Janet Yellen NBC telekanalına müsahibəsində bildirib ki, hökumətin 15 iyuna qədər kifayət qədər vergi gəliri əldə etmə ehtimalı çox aşağıdır və borc limitinin iyunun 1-ə qədər artırılması vacibdir.

ABŞ federal hökumətinin 31,4 trilyon dollarlıq nağd borc limitinə çatmasına iki həftədən az vaxt qalıb.