Janet Yellen İspaniya baş nazirinin müavini və iqtisadiyyat naziri Nadia Kalvino ilə görüşüb.

İndex.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Yellen "Beynəlxalq Valyuta və Maliyyə Komitəsi"nin (IMFC) sədri olan İspaniya baş nazirinin müavini və iqtisadiyyat naziri Nadia Kalvino ilə görüş keçirib.

Keçirilən görüşdə Yellen dövlət borcunun restrukturizasiyası ilə bağlı gözlənilən məhkəmə çəkişmələrini həll etmək üçün vaxtında tədbirlərin görülməsi üçün çağırış edib.

Açıqlamada həmçinin bildirilirdi ki, Yellen ABŞ prezidenti Co Bayden administrasiyasından "Beynəlxalq Valyuta Fondu"nun (BVF) "Yoxsulluğun Azaldılması və Artım Etimad Fondu" ilə "Dayanıqlılıq və Davamlı Etimad Fondu"na 21 milyard dollara yaxın kredit ayırması üçün Konqresdən icazə istəyib.