Qlobal bazarlarda investorlar təhlükəsiz limanlara üz tutmağa başlayıb.

İndex.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması ilə investorlar riskli investisiya alətlərini satmağa başlayıblar.

Bu addımlardan sonra dollar, avro ilə İsveçrə frankı başda olmaqla G-10-un bütün valyutaları qarşısında bahalaşıb.

Dollar bahalaşsa da müharibə qızıl və "Bitcoin"i ucuzlaşdırıb.

Maliyyə bazarlarında ümumi gözlənti münaqişənin regional qalacağı və qlobal iqtisadiyyata daha geniş təsir göstərməyəcəyi yönündə idi.

Lakin, bazar analitikləri indi hesab edirlər ki, İran son hadisələrə cavab olaraq neft və təbii qaz nəqli üçün əsas tranzit nöqtəsi olan Hörmüz boğazını birdəfəlik bağlasa və bölgədəki ABŞ qüvvələrinə hücum etsə, münaqişə qlobal bir hal alacaq.