Türkiyə 2028-ci il üçün nəzərdə tutulan 1,9 trilyon dollar milli gəlir hədəflərinə doğru irəliləyir.
İndex.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O əlavə edib ki, Türkiyənin ixrac həcmi 2025-ci ilin noyabr ayı üçün 270 milyard dollara yüksəlib:
"Milli gəlirimiz isə ötən dövrlərdəki 238 milyard dollar həddindən 2025-ci ilin üçüncü rübünün göstəricilərinə əsasən, 1,5 trilyon dollara çatıb".
