ABŞ Maliyyə Naziri Janet Yellen Yaxın Şərqdəki gərginliyin qlobal iqtisadiyyata mümkün təsirini şərh edib.
İndex.az xəbər verir ki, Yellen ABŞ-da yüksək uçot dərəcələrinin qalıcı ola biləcəyini və ABŞ iqtisadiyyatının "yaxşı vəziyyətdə" olduğunu bildirib.
Lüksemburqda Aİ rəsmiləri ilə görüşməyə hazırlaşan ABŞ-ın maliyyə naziri Yellen "Sky News" telekanalına müsahibəsində ABŞ-ın borcunun idarə oluna biləcəyini bildirib.
Yüksək faiz dövrünün davam edə biləcəyini ifadə edən Yellen, yüksək faizlərin qalıcı ola biləcəyini, lakin bunun dəqiq olmadığını qeyd edib.
İsrail-Həmas gərginliyi ilə bağlı qiymətləndirmələr edən Yellen, Yaxın Şərqdə artan gərginliyin qlobal iqtisadiyyatı tənəzzülə sürükləyəcəyini düşünmədiyini bildirib.
