Yanacaq qiymətlərinin düşməsi və idxal xərclərinin azalması səbəbindən Yaponiyanın ticarət kəsiri mart ayında ikinci dəfə azalıb.

İndex.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, ixrac mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% artıb.

İqtisadçılar bu artımın 2,6% olacağını gözləyirdilər.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, ticarət kəsiri fevral ayında 898,1 milyard yendən (Yaponiyanın pul vahidi) 754,5 milyard yenə (5,6 milyard dollar) qədər azalıb.

İqtisadçılar isə 1,29 trilyon yen kəsir proqnozlaşdırmışdılar.

İdxal ötən illə müqayisədə 7,3% artıb ki, bu da son iki ilin ən kiçik artımıdır. Çünki yenin və əmtəə qiymətlərinin möhkəmlənməsi, bununla yanaşı neftin ucuzlaşması idxal xərclərini azaldır.