"İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi" (METI) ilk dəfə 2021-ci ildə hazırlanan "Yarımkeçiricilər və Rəqəmsal Sənaye Strategiyası"nı 2023-cü ildə nəzərdən keçirməyi planlaşdırır.
İndex.az xəbər verir ki, Yaponiya hökuməti yarımkeçiricilər, komponentlər və material istehsalçılarının satış sürətini üç dəfə artıraraq bu sahədən gələn gəlirin həcmini 15 trilyon yenaya (113 milyard dollara) çatdırmağı hədəfləyir.
Yeni strategiyada METI növbəti 10 il ərzində dövlət və özəl sektorlar tərəfindən bu sektora 11 trilyon yen investisiya qoyulmasına ehtiyac olduğunu bildirib.
2020-ci ildə Yaponiyada yarımkeçirici, komponent və material istehsalçılarının satışlarından 5 trilyon yen gəlir əldə edilib. Bu isə bu sahədə qlobal gəkirin 10%-ni təşkil edir.
