Yaponiyanın xidmət sektorunun fəaliyyəti aprel ayında rekord dərəcədə artıb.

İndex.az xəbər verir ki, "Au Jibun" Bank tərəfindən açıqlanan "Xidmət Sektoru Satınalma Menecerləri" indeksi (PMI) apreldə 54,9-dan 55,4-ə qalxıb.

Bu böyümə ardıcıl 5-ci aydır ki, davam edir.

50-dən yuxarı olan dəyərlər sektorun genişlənməsini, 50-dən aşağı olanlar isə zəifləməsini göstərir.