"Yaponiya Məşvərət Assambleyası"nda (Sangiin) sosial təminat və müdafiə xərclərini əhatə edən büdcə səsverməyə çıxarılıb.
İndex.az xəbər verir ki, 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək büdcə 114,3 trilyon yen (870 milyard dollar) təşkil edəcək.
Bu isə Yaponiya tarixində təsdiq edilmiş ən böyük büdcədir.
Büdcənin ən böyük maddələrindən biri 37 trilyon yen ilə (281 milyard dollarla) sosial təminat xərcləri olub.
Rekord büdcənin geridə qalan hissəsinin 6,8 trilyon yeni (52 milyard dolları) Milli müdafiə xərclərinə ayrılacaq.
Vergi gəlirləri 69,4 trilyon yen (522 milyard dollar) olaraq qiymətləndirilən büdcənin bir hissəsi dövlət istiqrazları hesabına ödəniləcək.
Büdcə üçün 35,6 trilyon yen (272 milyard dollar) dövlət istiqrazı buraxılacaq.
Qeyd edək ki, büdcə hakim "Liberal Demokrat Partiyası" (LDP) və onun tərəfdaşı "Komeito"nun üstünlük təşkil etdiyi parlamentdə səsvermə nəticəsində qüvvəyə minib.
