2022-ci maliyyə ilində Yaponiyada korporativ iflasların artdığı bildirilib.

İndex.az xəbər verir ki, kredit araşdırma firması "Teikoku Databank", ən azı 76 min dollar borcu olan korporativ firmaların işini araşdırıb.

Araşdırmada Yaponiyada 6 min 799 korporativ şirkətin 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər ləğv prosedurlarına başladığı ortaya çıxıb.

Bu rəqəm əvvəlki maliyyə ili ilə müqayisədə 883 ədəd artıb.

Araşdırmada məlum olub ki, iflasın səbəbləri arasında xammal xərclərinin və enerji xərclərinin artması böyük rol oynayıb.