Yaponiyada yerli korporativ istehsalçı qiymətləri oktyabr ayında kəskin şəkildə aşağı düşüb.
İndex.az xəbər verir ki, Yaponiya Bankının (BoJ) açıqladığı məlumatlara görə, xərc təzyiqləri tədricən azaldığından Yaponiyada yerli korporativ istehsalçı qiymətləri keçən ay kəskin şəkildə azalıb.
Belə ki, istehsalçı qiymətləri oktyabr ayında keçən ilin eyni dövrünə nəzərən 0,8% artıb.
Gözləntilər qiymət artımının 2%-dən 0,9%-ə enəcəyi idi.
Ölkə üzrə ixrac qiymətləri aylıq 0,3%, illik 1% artdığı halda, idxal qiymətlərində aylıq 1,3% artım, illik 12,3% azalma müşahidə olunub.
