Yaponiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müdafiə avadanlığı və texnologiya transferi müqaviləsi imzalanıb.
İndex.az xəbər verir ki, sazişi Yaponiyanın BƏƏ-dəki səfiri Isomata Akio və BƏƏ Müdafiə Nazirliyinin müşavir müavini Qafan Əl Cəbri imzalayıblar.
Yaponiya hökumətinin bəyanatına görə, Əbu-Dabidə imzalanan saziş iki ölkə arasında müdafiə avadanlığı və texnologiyasının transferini əhatə edir.
Xarici İşlər Nazirliyi Yaponiyanın Yaxın Şərq ölkəsi ilə ilk dəfə belə saziş imzaladığını açıqlayıb.
