Açıqlanan rəsmi məlumatlara görə, Yaponiya iqtisadiyyatı 2023-cü ilin birinci rübündə gözləniləndən daha sürətli böyüyüb.

İndex.az xəbər verir ki, Yaponiyanın İqtisadiyyat naziri Şiqeyuki Qoto bildirib ki, Yaponiyada nominal ÜDM rekord həddə çataraq 570,1 trilyon yen (4.15 milyard dollar) olub.

2023-cü ilin birinci rübündə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% artıb.

2022-ci ilin dördüncü rübü ilə müqayisədə isə artım 0,4% təşkil edib.

İqtisadçılar ÜDM-in 2022-ci ilin aprel ayı ilə müqayisədə 0,7%, 2022-ci ilin son rübü ilə müqayisədə isə 0,1% artacağını gözləyirdilər.