Yaponiya hökuməti ixrac nəzarətinə məruz qalan məhsulların siyahısına 23 məhsul əlavə edəcək.

İndex.az xəbər verir ki, Yaponiya hökuməti yarımkeçirici çip istehsalı materiallarının Çinə ixracına nəzarəti gücləndirəcəyini açıqlayıb.

Belə ki, hökumət ixrac nəzarəti ilə Çin üçün yarımkeçirici istehsal materiallarının siyahısını daha da genişləndirəcək.

Qərara əsasən, ixrac nəzarətinə məruz qalan məhsulların siyahısına 23 adda məhsul əlavə olunacaq. Bu isə şirkətlərin Çinə ixracını çətinləşdirəcək.

Siyahıya yüksək məhsuldar çiplərin istehsalında istifadə edilən ekstremal ultrabənövşəyi litoqrafiyaya malik yaddaş qurğularının çapı üçün materiallar əlavə olunacaq.

Sərtləşdirmə tədbirlərini əhatə edən yeni tənzimləmənin may ayında ictimaiyyətə rəsmən açıqlanması və iyulda qüvvəyə minməsi gözlənilir.

"Xarici Valyuta və Xarici Ticarətə Nəzarət Qanunu"na əsasən, Yaponiya mülki malların, o cümlədən hərbi istifadəyə yönəldilə bilən avadanlıqların ixracına nəzarət edir.