İngiltərənin baş naziri Rişi Sunak G7 Liderlər Zirvəsi üçün Yaponiyada olarkən bir sıra investisiya planı açıqlayıb.

İndex.az xəbər verir ki, Rişi Sunak bildirib ki, yapon şirkətləri Böyük Britaniyanın təmiz enerji sektoruna və daşınmaz əmlak bazarına 18 milyard funt-sterlinq dəyərində sərmayə qoymağı öhtələrinə götürüblər.

Yapon şirkətlərinin 18 milyard funt-sterlinq dəyərindəki investisiyaları dəniz və külək enerjisi, aşağı karbonlu hidrogen istehsalı və digər təmiz enerji investisiyalarına yönədilib.