Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 205,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılan benzin və dizel yanacağın həcmi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 7,2 % çoxdur.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 4,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.