Avropa İttifaqı Rusiyadan enerji asılılığından azadlıq dövrünə yaxınlaşır.
İndex.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen bildirib.
“Avropa İttifaqı yeni bir dövrə – Rusiyadan enerji asılılığından azadlıq dövrünə yaxınlaşır. Avropa müstəqilliyi dövrü geri dönməz olmalıdır”, - Ursula von der Lyayen qeyd edib.
Onun sözlərinə görə, Rusiyadan Aİ-yə qaz idxalı, o cümlədən LNG və boru kəməri ilə nəql edilən qaz, müharibədən (Rusiya ilə Ukrayna arasında – red.) əvvəlki 45%-dən bu gün 13%-ə enib. Neft idxalı isə 26%-dan 2%-ə düşüb.
