Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 0,7 milyon manat kredit verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 23 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,9 % azalaraq 18,2 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 3 dəfə artaraq 150 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 21,3 milyon manat olub (ötən ilin eyni dövründə qurum büdcədən vəsait almayıb).