Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
İndex.az xəbər verir ki, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.
Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
