Xarici valyuta istiqrazları üzrə defolt (öhtəliklərin yerinə yetirilməməsi) 10 ildən sonra artacaq.
İndex.az xəbər verir ki, "S&P Global" beynəlxalq kredit reytinq agentliyinin məlumatına görə, yüksək borc və borclanma xərcləri səbəbindən yaxın 10 ildə ölkələrin xarici valyutalar üzrə borc defoltları arta bilər.
S&P qeyd edib ki, ölkələr xarici valyuta borcu üzrə öhtəliklərini yerinə yetirməyərək, ümumi dövlət gəlirlərinin orta hesabla təxminən 20%-ni faiz ödənişlərinə xərcləyib.
Bu yüksək borclanma xərcləri inflyasiyanın artması, valyutaların devalvasiyası, ticarət şoklarının şərtləri və dövlət borcunun böyük hissəsinin xarici valyutada olması kimi amillərin nəticəsi olub.
